AZ

Dimpleplasty sürətlə yayılır: Məşhurlara bənzəmək istəyənlər etdirir, amma üzdə yara izi qalır

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə sürətlə yayılan yeni plastik cərrahiyyə proseduru - "dimpleplasty” (qəmzə estetikası) həkimlər arasında mübahisələrə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu əməliyyat zamanı xəstənin yanağında qəsdən yara izi yaradılaraq süni qəmzə formalaşdırılır.

Miranda Kerr, Bred Pitt, Cennifer Qarner, Ariana Qrande, Harri Stiles kimi qəmzəli məşhurlara bənzəmək istəyən bir çox insan bu əməliyyata üz tutur. Prosedur əvvəllər əsasən Cənubi Koreya və Asiyanın digər bölgələrində populyar olsa da, son illər bütün dünyada trend halına gəlib.

Beverli Hillsdə fəaliyyət göstərən plastik cərrah Dr. Dipak Duqar bu əməliyyata qarşı çıxaraq onun təbii görünmədiyini vurğulayıb:

"Bu, istirahət halında və ya gülümsəyərkən yanaqda süni gamzələr yaradır. Həqiqi qəmzələr isə yalnız gülümsədikdə ortaya çıxır. Süni üsulla yaradılan gamzələr təbii görünmür və yara izləri qala bilər".

Üz plastik cərrahı Dr. Yael Halaas da bu əməliyyatın əslində əzələ quruluşundakı təbii fərqi təqlid edə bilmədiyini, nəticədə qəmzə kimi görünən yara izi yaratdığını bildirib.

Bəzi mütəxəssislər isə prosedurun müəyyən hallarda uğurlu nəticə verə biləcəyini deyirlər. Dr. Kurves ləqəbi ilə tanınan Dr. Endryu Kimerson tam sağalma müddətinin 3-4 ay çəkdiyini, əvvəlcə gamzələrin hər zaman göründüyünü, zamanla yumşalıb yalnız gülümsəyərkən fərq edildiyini qeyd edib.

Lokal anesteziya altında həyata keçirilən bu əməliyyat zamanı ağız içindən kiçik kəsik edilərək yanaq əzələsinə müdaxilə olunur və dəridə çəkinti yaradılır. Amma Estetik və Rekonstruktiv Cərrah Bilgen Katipoğlu Erenoğlu xəbərdarlıq edir ki, bu prosedur hər üz tipinə uyğun deyil, bəzi hallarda infeksiya, qan yığılması, asimetri, sinir zədələnməsi, his və mimika itkisi kimi risklər mövcuddur.

Həkimlər əməliyyatın daimi və ya təbii görünüşlü nəticə verəcəyinə dair zəmanət olmadığını, gamzələrin zamanla silikləşə və ya tamamilə yox ola biləcəyini bildirirlər. Üstəlik, əməliyyatdan sonra iz qalması, üz formasında dəyişiklik kimi ehtimallar da mövcuddur.

Mütəxəssislər insanlara, məşhurlar üzərində yaxşı görünən estetik detalların hər kəs üçün eyni nəticəni verməyəcəyini, ən əsası isə üzdə təbii harmoniyanın qorunmalı olduğunu xatırladırlar.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
qaynarinfo.az

3Mənbələr