AZ

Rus bölmələrində həyəcan təbili: Buna məcbur qalırlar Xəbərdarlıq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı ilə Moskva arasında gərginliyin artması fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunur. Bu baxımdan, Qarabağ Universitetinin növbəti ildən rus və ingilis dillərində qəbul həyata keçirməcəyini  açıqlaması da diqqət çəkir.

İddialara görə, Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması istiqamətində yaxın zamanda, hətta sentyabrda müəyyən addımlar atıla bilər. Lakin bu məlumatlar rəsmi səviyyədə təsdiqini tapmayıb.

Rusdilli məktəblərlə bağlı hansı dəyişikliklər gözlənilir? Onların ölkə üzrə sayında azalma ola bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, “Təhsil haqqında” Qanunun 7-ci və “Ümumtəhsil haqqında” Qanunun 6-cı maddələrinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində dövlət standartlarına uyğun olaraq təhsil digər dillərdə də tədris edilə bilər:

“Hazırda ölkədə 4252 məktəb fəaliyyət göstərir. Yaxın vaxtlarda bu göstəricinin təxminən 4100-ə enəcəyi gözlənilir. 10-a yaxın məktəbdə gürcü bölməsi mövcuddur. Onlar əsasən Zaqatala, Qax, Oğuz, Balakən və digər şimal-qərb bölgələrində yerləşir. 320-yə yaxın məktəbdə isə rus bölməsi var və onların böyük əksəriyyəti Abşeron yarımadasında toplanıb. Regionlarda da rus bölməsi fəaliyyət göstərir və burada təhsil alanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Rus bölməsinin bağlanması və ya azaldılması dövlətin prioriteti deyil, lakin bu sahədə müəyyən problemlər mövcuddur. Əsas çətinlik 5-11-ci siniflərdə ixtisaslı müəllim çatışmazlığı ilə bağlıdır. Ona görə bəzi məktəblər Azərbaycan bölməsinin müəllimlərindən istifadə etməyə məcbur qalır. Bu vəziyyət ali məktəbə hazırlıq prosesinə və bəzi fənlərin tədrisinə mənfi təsir göstərir”.

Həmçinin oxuyun:

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? – Etiraf

Elşən Qafarov

Ekspert qeyd edib ki, dövlətin mövqeyinə görə, təhsil Azərbaycan dilində aparılmalıdır, lakin məktəblərə dövlət standartlarına uyğun şəkildə digər dillərdə də təhsil vermək imkanı yaradılmalıdır:

“Publik hüquqi şəxs statusu alan məktəblər həm rus, həm də ingilis bölmələri yarada, ödənişli əsaslarla fəaliyyət göstərə bilərlər. Bu, həm təhsil müəssisələrinə əlavə gəlir gətirəcək, həm də ixtisaslı müəllimlərin işə cəlb edilməsinə şərait yaradacaq.

Hazırda rus bölməsinə qəbulda azalma müşahidə olunur. Bu, əsasən kadr çatışmazlığı ilə bağlıdır. Lakin ictimaiyyətdə rus dili və ya rus bölməsinin sıxışdırıldığı barədə yanlış təsəvvürlər formalaşdırmaq doğru deyil. Dövlət hər kəsin təhsil almaq hüququnu təmin edir və valideynlərin istəyinə əsasən, Elm və Təhsil Nazirliyinin razılığı ilə digər dillərdə təhsil mümkündür. Hazırda rus bölmələrinin bağlanması gündəmdə deyil. Mövcud problemlər real vəziyyətdən irəli gələn texniki və kadr çatışmazlığı ilə bağlıdır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
globalinfo.az

3Mənbələr