Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində çəkdikləri xərclərin həcmi 1 milyard 539 milyon 782,2 min manat olub.
Rəsmi statistikaya əsasən, qeyd olunan məbləğdə ən böyük pay Rusiya Federasiyasına məxsus olub. Bu ölkədən gələn turistlərin xərcləri 421 milyon 920,4 min manat təşkil edib. 2-ci yerdə 230 milyon 401,5 min manatla Hindistan qərarlaşıb. 3-cü yerdə xərclərin çoxluğuna görə 164 milyon 961,3 min manatla Türkiyə gəlib.
Siyahıda növbəti yerləri 78 milyon 451,0 min manatla Səudiyyə Ərəbistanı, 62 milyon 713,5 min manatla Qazaxıstan, 54 715,4 manatla Pakistan
41 milyon 082,7 min manatla İsrail və 39 milyon 935,4 min manatla Çin tutub.
Qeyd edək ki, siyahı ölkəyə səfər edən əcnəbilərin çəkdikləri xərclərin həcminə görə uzanır.