“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa olunmaması halında, BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa edəcək “snapback” mexanizminin işə salınması üçün BMT-yə müraciət edib. Bu barədə "Financial Times" üç ölkənin xarici işlər nazirlərinin BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına məktubuna istinadən yazıb.
"Biz açıq şəkildə bildirdik ki, İran 2025-ci ilin avqust ayının sonuna kimi diplomatik həll yoluna getmək istəməsə, “Avropa üçlüyü” mexanizmi işə salmağa hazırdır", - məktubda deyilir.
Mətləb Salahov