AZ

“Qarabağ”ın “Ferensvaroş”la oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la keçirəcəyi oyunlarının vaxtı bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında avqustun 19-da Macarıstanda keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşmanın start fiti isə saat 20:45-də veriləcək.

Seçilən
24
1
publika.az

2Mənbələr