AZ

Kiyev açıqladı: "Bu güzəştlər olmaycaq!"


Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında mühüm açıqlamalarla çıxış edib. Ukraynalı nazir bildirib ki, “Kiyev müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsini Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir”.
Ağ Evin mümkün güzəştlərlə bağlı bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandıran Ukraynanın baş diplomatı Prezident Volodimir Zelenskinin mövqeyini xatırladıb.
SİTAT: “Prezident Zelenski artıq açıq şəkildə cavab təqdim edib və bu, Ukrayna Konstitusiyasıdır. Ukrayna Konstitusiyası sizin bu sualınıza bütün cavabları ehtiva edir. Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, davamlı sülhə can atır”, - deyə nazir vurğulayıb.

Mətləb Salahov

Seçilən
28
baki-xeber.com

1Mənbələr