AZ

Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB


TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 142 858 müraciət qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bunlardan 47 217-si stasionar, 2 095 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 % artım qeydə alınıb.

İyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 921 888 (1 043 077 stasionar, 6 878 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 476 517 sayda laborator müayinələr aparılıb ki, onların da 540 972-si stasionar, 2 935 545-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 23 % artım qeydə alınıb.

Mətləb

Seçilən
24
11
baki-xeber.com

10Mənbələr