Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta