Sabunçu rayonunda qadın yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
35 yaşlı S. Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"