Çin ordusu ABŞ-ın “USS Higgins” esminesini Cənubi Çin dənizindəki Huangyang adası yaxınlığından çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Bölgəsi Döyüş Komandanlığına istinadən məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Çin hakimiyyətinin icazəsi olmadan qeyri-qanuni olaraq Çin ərazi sularına daxil olub.
Çin hərbi rəhbərliyinin qanuna uyğun olaraq Amerika esminesini izləmək, xəbərdar etmək və ərazidən çıxarmaq üçün ordunu yerləşdirdiyi vurğulanır.