AZ

Rusiyada müəllimlərə miqrant uşaqların ifadələrinə nəzarət tövsiyə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vedomosti"nin xəbərinə görə, Rusiya Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi birgə hazırladıqları metodik tövsiyələrdə müəllimlərə, miqrant uşaqların təhsil aldığı məktəblərdə onların fikirlərinə nəzarət etməyi məsləhət görüb.

Sənədə əsasən, pedaqoqlar şagirdlərin yazılı işlərində tarixi yaddaşa, ənənəvi Rusiya dəyərlərinə və dövlət rəmzlərinə hörmətsizlik əlamətlərinə diqqət yetirməlidirlər. Həmçinin müəllimlər "Vacib mövzular haqqında söhbətlər" dərslərinə uşaqların reaksiyasını izləməli, siyasi, sosial və dini mövzular ətrafında kəskin fikirlərin və dözümsüzlüyün artmasını qeydə almalıdırlar.

Daha dolğun məlumat toplamaq üçün məktəblərə anonim sorğular keçirmək və şagirdlərlə qeyri-rəsmi şəraitdə fərdi söhbətlər aparmaq tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr