Rumıniya prezidenti Nikuşor Dan ukraynalı həmkarı Vladimir Zelenskinin dəvəti ilə payızda Kiyevə səfər etməyi planlaşdırır.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.
“Mən prezident Zelenskinin bu payızda Kiyevə səfər etmək dəvətini qəbul etdim”, o yazıb.
O, həmçinin Ukraynada uzunmüddətli sülhün bərqərar olmasının və Rusiyanın gündəlik atəşinə son qoyulmasının vacibliyini qeyd edib.
Dan qeyd edib ki, Rumıniya da ABŞ prezidenti Donald Trampın atəşə son qoymaq səylərini dəstəkləyir və sülh Ukrayna ilə danışıqlar masası arxasında əldə edilməlidir.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi Qara dənizin təhlükəsizliyi və Avropanın təhlükəsizliyi ilə sıx bağlıdır.
QAZİLER.AZ