ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 37 trilyon dollar həddini keçib. Bu barədə məlumatı ABŞ-ın Maliyyə Nazirliyi açıqlayıb. Nazirliyin rəsmi saytında verilən məlumata görə, ödənilməmiş dövlət borcunun avqustun 11-nə olan ümumi məbləği - 37 004 817 625 842,56 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu 2024-cü ilin iyulunda 35 trilyon dollar, noyabrında 36 trilyon dollar həddini keçmişdi.
Mətləb Salahov