AZ

PFL II Liqa klublarına oynamaları üçün top da verdi

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

II Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Sport24.az xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları "Adidas Tiro Pro" markalı toplardan istifadə edəcəklər.

"Adidas Tiro Pro" FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb.

Qeyd edək ki, lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
15
sport24.az

10Mənbələr