AZ

Hərbi xidmətdən yayınanlar, fərarilər, itkinlər Axtarılanların STATİSTİKASI

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən il 88 nəfər hərbi xidmət keçməkdən boyun qaçırmaya görə axtarışa verilib.Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.Rəsmi məlumata görə, 2024-cü ildə 41 nəfər barəsində fərariliyə görə axtarış elan edilib.Aparılan axtarış tədbirləri nəticəsində hərbi xidmət keçməkdən boyun qaçıran 75 nəfərin yeri müəyyən edilib.Fərariliyə görə axtarılan 41 nəfərdən 8 nəfərin də yeri müəyyənləşdirilib.Bundan başqa, 2024-cü ildə 986 nəfər itkin düşmüş şəxs kimi axtarışa verilib. Onlardan 152 nəfər 18 yaşadək uşaqlar olub. Görülən tədbirlər nəticəsində itkin düşmüş şəxslərdən 874 nəfərin yeri müəyyən edilib ki, onlardan da 151-i 18 yaşadək uşaqlardır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
5
modern.az

6Mənbələr