AZ

Kərbəlaya gedəcəkdilər, Tiflisə getdilər... Azərbaycanlı zəvvarları aldatdılar

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tiflisdə yarıyolda qoyublar.

Bu barədə zərərçəkən zəvvarlar "Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar "Risalət Travel”in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığını iddia edirlər.

Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.

Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.

Ətraflı süjeti təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
28
qaynarinfo.az

10Mənbələr