Avqustun 13-də Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat - Kanak Sosialist Milli Azadlıq Cəbhəsi iyul ayının əvvəlində hökumət və müstəqillik əleyhdarları ilə imzalanmış Bujival sazişini rədd etdiyini təsdiqləyib. Bu barədə Fransanın “Le Monde” nəşri məlumat verib. Nəşr qeyd edir ki, bu qərar hərəkatın 9 avqust tarixində keçirilən növbədənkənar qurultayında qəbul edilib.
Mətləb