UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanmış klublar yeni mövsümə hazırlıqlarını davam etdirirlər.
İdman.biz xəbər verir ki, Madrid" Real"ı Avstriyada keçirilən yoxlama oyununda yerli "Tirol"a 4:0 hesabı ilə qalib gəlib.
Kilian Mbappe bu oyunda dubl edib.
"Bavariya" İsveçrənin "Qrasshoppers" komandasından güclü olub - 2:1.
"İnter" səfərdə "Montsa" ilə heç-heçə etsə (2:2) də, penaltilər seriyasında qələbə qazanıb - 5:3.
İdman.biz