Aİ3 İrana qarşı sanksiyaları yeniləməyə hazırlaşır
Aİ3 (Böyük Britaniya, Fransa və Almaniya) BMT-yə bildirib ki, Tehran avqustun sonuna qədər nüvə sazişi ilə razılaşmasa, İrana qarşı sanksiyaları təzələyəcək.
aia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat dərc edib.
Nəşr Avropa üçlüyünün BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanladığını bildirib. Bildirilir ki, İran 2025-ci ilin avqust ayının sonuna kimi nüvə problemi ilə bağlı həll variantına nail olmaq istəməsə, London, Paris və Berlin BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa edəcək.
Bu məktubu Fransa, Almaniya və Böyük Britaniya Xarici İşlər nazirliklərinin rəhbərləri Jan-Noel Barrot, İohan Vadefül və Devid Lammi imzalayıblar.
aia.az