AZ

Rusiyada “Telegram” və “WhatsApp”-da zənglər qadağan ediləcək

Rusiya hakimiyyəti “WhatsApp” və “Telegram”da zənglərin qadağan edilməsi ilə bağlı yekun qərar qəbul edib. Bu barədə telekommunikasiya bazarındakı mənbələrə istinadən jurnalist Kseniya Sobçakın “Krovavoya barınya” Telegram kanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, “qərar artıq ən yuxarıda qəbul edilib”.

“Mənbəmiz deyir ki, “terrorçularla mübarizə çərçivəsində” zənglər qadağan edilib. Hökumətdəki mənbə iddia edir ki, bu məsələ ilə bağlı yekun məsləhətləşmələr bu axşam başa çatmalıdır”, - Sobçak yazır.

Jurnalistin qeyd etdiyi kimi, messencerlərdə yazışmalar və kanallar hələ də mövcud olacaq.

Bununla belə, "Ostorojno Media " nəşrinin mənbələri qeyd edir: hətta xarici SİM kartların istifadəsi bloklanmadan xilas ola bilməz - təhdidlərə qarşı texniki vasitələr (TSPU) bu trafikə təsir etmək imkanına malikdir.

Rusiyada “WhatsApp” və “Telegram” istifadəçiləri avqustun 11-də zəng etməkdə yaranan çətinliklərdən kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Kseniya Sobçak, sonra isə “Forbes” mənbələrə istinadən bir neçə gün əvvəl hökumətdən messencerlərdə səs və video rabitəni bloklamağı “böyük dördlük” mobil operatorlarının xahiş etdiyini bildirdi.

Oxuməni.az

Seçilən
37
oxumeni.az

1Mənbələr