"O, ildən-ilə "artırır", "böyüyür".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, son vaxtlar ciddi tənqidlərə məruz qalan Nəriman Axundzadənin müdafiəsinə qalxıb.
Bildirib ki, gənc hücumçu "Qarabağ"ın Çempionlar Liqasına uğurlu start götürməsinin səbəbkarlarından biridir.
Qeyd edib ki, Lənkəran futbol məktəbinin yetirməsi azarkeşlərin sərt iradlarını haqq etmir, çünki onun sərgilədiyi oyunun keyfiyyəti artıb.
Aparıcının dediyinə görə, Axundzadədən gözləntilər böyükdür və əgər o, istənilən hər şeyi bacarsaydı, bu gün transfer dəyəri 5 milyon avroya bərabər olardı.
Verlişin eksperti Emin Abbasov isə bir məlumatı diqqətə çatdırıb.
Tanınmış teleşərhçi hələ də Nərimanla yaxından maraqlanan Avropa klublarının varlığını açıqlayıb.
Abbasov ad çəkməsə də, real müştərilərdən birinin 800 min avro ödəməyə hazır olduğunu söyləyib.
SPORTİNFO.AZ