Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürəcək.
Fanat.Az xəbər verir ki, pley-offa təsnifat mərhələsindən vəsiqə qazanacaq ilk komandanın adı Türkiyədə bəlli olacaq.
Günün yeganə qarşılaşmasında "Başakşəhər" Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gələcək. Ötən həftə səfərdə inamlı qələbə qazanan istanbullular üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri sabah cavab matçına çıxacaqlar. Ölkə kubokunun qalibi olan "Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski", çempionatın bürünc mükafatçısı "Araz-Naxçıvan" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq. "Bayquşlar" səfərdə keçirdiyi ilk görüşdə 0:1 hesabı ilə uduzubsa, "qırmızı-ağlar" evdə böyükhesablı (0:4) məğlubiyyətə məruz qalıb.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust
20.00. "Başakşəhər" (Türkiyə) - "Vikinq" (Norveç)