AZ

Sadə görmə testi infarkt və insult riskini proqnozlaşdıra bilər

Dandi Universitetinin alimləri müəyyən ediblər ki, süni intellektdən (AI) istifadə edən sadə tor qişanın skan edilməsi yaxın 10 il ərzində infarkt və ya insult ehtimalını proqnozlaşdıra bilər.

E-saglam.az-ın məlumatına görə, müəlliflər artıq diabetik retinopatiya diaqnozu üçün istifadə olunan rəqəmsal retinal təsvirləri təhlil etmək üçün süni intellektdən istifadə ediblər. Alqoritm ürək-damar sistemində oxşar problemləri göstərə bilən gözün qan damarlarının daralması və ya zədələnməsini müəyyən edərək, bir saniyədən az müddətdə fərdi riski müəyyən edir.

Texnologiya 4200 şəkil üzərində sınaqdan keçirilib və ciddi ürək-damar hadisələrinin proqnozlaşdırılmasında 70% dəqiqlik göstərib. Tədqiqat rəhbəri Ifi Mordi dedi ki, skan bir dəqiqədən az çəkir və profilaktik tədbirlərə ehtiyacı olan xəstələri müəyyən etməyə kömək edə bilər.

Sınaq 2-ci tip diabetli insanlar üzərində aparılsa da, üsul digər xəstələr üçün də istifadə oluna bilər. Britaniya Ürək Fondundan professor Brayan Uilyams dedi ki, bu kimi yeniliklər minlərlə infarkt və insultların qarşısını almağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr