AZ

Yeni Su-34 təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (OAK) yeni Su-34 qırıcı-bombardmançı təyyarələrini Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, cari ilin dövlət sifarişi çərçivəsində istehsal olunan bu təyyarələr Rusiya Hava-Kosmik Qüvvələrinin aviasiya parkına daxil edilib.

Qeyd olunub ki, yeni Su-34-lər zavod sınaqlarından keçdikdən və müxtəlif iş rejimlərində yoxlanıldıqdan xidmət yerlərinə uçublar.

“OAK, Rusiya Müdafiə Nazirliyinə qarşı öhdəliklərini yerinə yetirərək, təyin olunmuş müddətlərdə və tam həcmdə aviasiya texnikasının çatdırılmasını həyata keçirir. Digər növ təyyarələrin növbəti partiyaları da təhvil verilməyə hazırlanır. Qürur duyuruq ki, bizim təyyarələrimiz döyüş tapşırıqlarının yerinə yetirilməsinə və ölkənin müdafiə qabiliyyətinin təmin olunmasına kömək edir”, – deyə OAK-ın baş direktoru Vadim Badexa bildirib.

Seçilən
17
2
poliqon.az

3Mənbələr