AZ

İcazəsiz zəvvarların Həcc ziyarətinə yardım edən 30 nəfər həbs edilib

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanəında icazəsiz zəvvarların Həcc ziyarətinə şərait yaratdıqlarına görə ümumilikdə 30 dövlət işçisi həbs edilib. Həbslər Səudiyyə Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun (Nazaha) başlatdığı korrupsiya işlərindən birində aparılıb.

Hafta.az-ın yazdığına görə, Nazaha-nın sözçüsü bildirib ki, ötən müddət ərzində qurum tərəfindən bir sıra cinayət işi başlanıb, təqsirkarlar barəsində hüquqi prosedurlar davam etdirilir.

Səlahiyyətli qurum Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edərək 30 dövlət əməkdaşını Səudiyyə Ərəbistanı vətəndaşları və sakinlərinə təhlükəsizlik keçid məntəqələrindən keçmək icazəsi olmadan həcc ziyarətinə şərait yaratdıqlarına görə həbs edib. Həbs edilənlər arasında Daxili İşlər Nazirliyinin 26, Müdafiə Nazirliyinin 2 və İslam İşləri, Çağırış, Rəhbərlik, Nəzarət, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Qurumunun hər birinin 1 əməkdaşı var.

Nazaha-nın sözçüsü bildirib ki, vəzifəsindən şəxsi maraqları naminə və ya ictimai maraqlara zərər vurmaq üçün istifadə edən, dövlət vəsaitini mənimsəyən və sair hər bir kəs məsuliyyətə cəlb olunacaq, qanunu pozanlara qarşı heç bir güzəşt edilməyəcək.

Seçilən
11
hafta.az

1Mənbələr