AZ

Kevin Medina: "Hədəfimizin bir addımlığındayıq"

style='margin-bottom:10px;'>

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyun barədə nə deyə bilərsiniz?

- Yaxşı qələbə qazandıq. Meydanda inamlı mübarizə apardıq. Hesaba baxmayaraq, yaxşı komandaya qarşı oynayırdıq. Onlar da uğurlu nəticə qazanmaq istəyirdilər. Həftə ərzində məşqlərdə işlədiklərimizi meydanda göstərə bildik. Bu qələbəyə görə çox məmnunuq.

- Matçın bu cür rahat alınacağını gözləyirdiniz?

- Qətiyyən yox. Bu mərhələdə asan rəqib olmur. Baş məşqçimizin tapşırıqlarını yetirən yetirdik və hər şey bizim üçün rahat alındı.

- Demək olar ki, buraxılan qol “Qarabağ”ı qəzəbləndirdi?

- Bəlkə də ola bilər. Bəzən belə halların baş verməsi hər şeyi müsbətə doğru dəyişir. Biz də buraxılan qola tez reaksiya verdik və lazımi qələbəni qazandıq.

- Çempionlar Liqasının Liqa mərhələsinə 1 addım qaldı...

- Öz işimizə fokuslanmışıq. Yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Əslində, hər iki rəqib güclü idi. Allah qarşımıza “Ferensvaroş”u çıxardı. Meydana çıxıb oynayacağıq.

- “Şkendiya”nı mübarizədən kənarlaşdırmaqla Avropa Liqasının Liqa mərhələsini təmin etdiniz. Lakin yəqin ki, əsas hədəfiniz Çempionlar Liqasıdır. Düzdür?

- Əlbəttə. Hər il bunu istəyirik. Bu dəfə hədəfin bir addımlığındayıq. Azarkeşlərimiz də bizdən Çempionlar Liqasının Liqa mərhələsini istəyirlər.

- Razısınız ki, “Qarabağ” hədəfə son illər olmadığı qədər yaxındır?

- Əslində, hər il yaxın oluruq. Sadəcə fokuslanmaq lazımdır. İşimizə köklənməliyik.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr