AZ

Azərbaycanın strateji valyuta ehtiyatları 9 faizdən çox artdı

BAKI, 13 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq dövrün sonuna 77,7 milyard ABŞ dollarına çatıb.

Telerqraf xəbər verir ki, bu barədə bu barədə Mərkəzi Bank-ın "Pul Siyasəti İcmalı" nda bildirilib.

Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatları da artım göstərərək iyun ayının sonunda 11,2 milyard ABŞ dolları təşkil edib.

Dövr ərzində strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.Belə ki, ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin I rübü üzrə mal və xidmət idxalı nəzərə alınmaqla, 36 aylıq idxalı tam qarşılamaq gücündə olub.

Eyni zamanda, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib. (01.07.2025 tarixinə olan M2 pul aqreqatı nəzərə alınmaqla).

Seçilən
65
1
teleqraf.com

3Mənbələr