BAKI, 13 avqust. TELEQRAF
"Bilmirəm kimdir ölüm xəbərimi yayan, şübhələndiyim də yoxdur".
Bunu Teleqraf-a açıqlamasında aktyor Azər Axşam ölüm xəbəri yayanlar haqqında danışarkən deyib.
O bildirib ki, bu xəbəri yayanların kimliyini bilmir: "Allah onları hidayətə yönəltsin, ixlas versin. Artıq ikinci dəfədir ki, bunun səbəbini bilmirəm".
Azər Axşam hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrində olmadığını, əvvəlki təhqir hallarında şikayət etsə də nəticə əldə etmədiyini deyib:
"Vaxtilə təhqiramiz paylaşımlarla bağlı müraciət etmişdim, amma heç bir nəticə olmadı. Buna görə də bu dəfə Allaha həvalə edirəm. Allah kimdirsə, eynisini ona yaşatsın".