AZ

Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, o, A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasiliadis olacaq.

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr