AZ

Rusiyalı ağırlıqqaldıran diskvalifikasiya edilib

Rusiyalı ağırlıqqaldıran Mixail Kim kannabinoidlərdən istifadə etdiyinə görə diskvalifikasiya olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin sözlərinə görə, onun dopinq nümunəsində qadağan olunmuş karboksi-tetrahidrokannabinol maddəsi aşkar edilib.

Qadağa müddəti 2 il olacaq. Kim 2027-ci il martın 27-dən gec olmayaraq idmana qayıda biləcək.

Ağırlıqqaldıran kannabinoidlərdən istifadə etdiyi üçün aktiv diskvalifikasiyaya məruz qalan ikinci Rusiya idmançısıdır. Bundan əvvəl paralimpiyaçı Vitali Loqin eyni səbəbdən cəzalandırılıb.

"Cebheinfo.az" 

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr