AZ

“Turan Tovuz”da ciddi itki – yeni transfer sıradan çıxdı

“Turan Tovuz”un yeni transferi sıradan çıxıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət David Tavareşdən gedir. Kabo-Verde millisinin üzvünün durumu ciddidir. O, komanda ilə məşqlərdə iştirak etmir.

Yarımmüdafiəçi mövsümün ilk turunda “İmişli”yə qarşı keçirəcəyi oyunu buraxacaq.

“Benfika”nın yetirtməsi olan Tavareş iyun ayında klubla 3 illik müqavilə bağlayıb.  

Xatırladaq ki, “İmişli” – “Turan Tovuz” matçı ayın 16-da, saat 17:00-da start götürəcək.

Seçilən
7
2
idmanxeber.az

3Mənbələr