Texasın (ABŞ) Palo Pinto dairəsində təhlükəli yükü daşıyan qatar relsdən çıxıb.
Hafta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət sosial şəbəkələrdə məlumat yayıb. "Fox News 5" və "NBC 5" telekanalları hadisə yerindən video yayımlayıb. Havadan lentə alınan kadrlarda yerdə əzilmiş avtomobil və sisternlər görünür.
Qeyd olunub ki, qatar Koulvill yolunda körpü yaxınlığında relsdən çıxıb.
"Vaqonlarda heç bir sızma baş verməyib. Ölən və yaralananlar barədə məlumat verilmir", - deyə səlahiyyətlilərin verdiyi məlumatda bildirilib.
Mütəxəssislər dəymiş ziyanı aradan qaldırmaq üçün hadisə yerində işləyir və son dərəcə ehtiyatlı davranırlar.
Səlahiyyətlilər vurğulayıblar ki, təxliyə tələb olunmur, lakin vəziyyət təhlükəli olaraq qalır.