Idmanxeber.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Turan Tovuz”un yeni transferi sıradan çıxıb.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət David Tavareşdən gedir. Kabo-Verde millisinin üzvünün durumu ciddidir. O, komanda ilə məşqlərdə iştirak etmir.
Yarımmüdafiəçi mövsümün ilk turunda “İmişli”yə qarşı keçirəcəyi oyunu buraxacaq.
“Benfika”nın yetirtməsi olan Tavareş iyun ayında klubla 3 illik müqavilə bağlayıb.
Xatırladaq ki, “İmişli” – “Turan Tovuz” matçı ayın 16-da, saat 17:00-da start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.