Ermənistan Azərbaycan tərəfindən təklif olunan Zəngəzur dəhlizi layihəsi çərçivəsində Sünik vilayətinin giriş və çıxış nöqtələrində Azərbaycan postlarının qurulmasına razılıq verib. Bu barədə Ermənistanlı politoloq Stepan Danielyan yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu məntəqələrdə Azərbaycan gömrükçüləri yerləşəcək, məlumat toplayacaq və həmin məlumatları Ermənistan tərəfinə təqdim edəcəklər. “Ermənistan heç bir nəzarət həyata keçirməyəcək,” – Danielyan vurğulayıb.
“O hissədən keçən azərbaycanlılara qarşı Ermənistan tərəfindən heç bir tədbir görülməyəcək,” – o əlavə edib.
N.Təbrizli