ain.az, Bakupost portalına istinadən məlumat verir.
Rusiya təbliğatçıları tərəfindən müxtəlif ittihamlar səsləndirilir. Bir çox hallarda isə hədəf Azərbaycan olur.
Bakupost.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya təbliğatçılarının Azərbaycanla bağlı səsləndirdikləri əsassız ittihamlara cavab verib:

“Deyirlər ki, “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarırlar”. Dərhal sual yaranır: kim çıxarır? Azərbaycan? Əlbəttə ki, yox. Çünki Azərbaycanın “çıxarmağa” heç kimi yoxdur. Bizdə, Ermənistandan fərli olaraq, Rusiyanın nə hərbi bazaları, nə sərhədçiləri, nə də birgə hava hücumundan müdafiə sistemi var və s. Bəs Ermənistan Rusiyanı Cənubi Qafqazdan çıxarır? Bu barədə hələlik heç bir rəsmi bəyanat olmayıb".
T.Zülfüqarovun sözlərinə görə, Rusiya təbliğatçılarının daha geniş yayılmış digər tezisi isə odur ki, “Azərbaycanda, Rusiya ilə sərhəddə NATO hərbi bazası yaradılır”. Sabiq nazir qeyd edib ki, bu da tamamilə məntiqsiz və gecikmiş bir ittihamdır:
"Hər kəsə yaxşı məlumdur ki, hələ 90-cı illərin əvvəlindən Rusiya Federasiyası Ermənistanın rəsmi və hüquqi cəhətdən hərbi müttəfiqi olub. Azərbaycan isə bu təhdidi neytrallaşdırmaq üçün Türkiyə ilə hərbi müttəfiq olub. Bu vəziyyət bir çox ikitərəfli sənədlərdə, o cümlədən “Şuşa Bəyannaməsi”ndə təsbit olunub. Rusiya bunu bilirdi. Hətta Rusiya Prezidenti bu kontekstdə bildirmişdi ki, Azərbaycanın suveren seçimi SSRİ-nin dağılmasının nəticəsidir. Deməli, Rusiya Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayarkən, NATO üzvü olan bir ölkə ilə hərbi ittifaqın bu əməkdaşlığa əngəl olmadığını qəbul etmişdi. Bəs indi bu isterika nədən qaynaqlanır?!
Niyə anti-Azərbaycan kampaniyasında xarici siyasət sahəsində bəyanat verməyə səlahiyyətli rəsmi Rusiya qurumları iştirak etmir, əvəzində hüquq-mühafizə orqanları və iqtidaryönlü təbliğatçılar səviyyəsində təzyiq göstərilir?!
Belə çıxır ki, “Kreml qüllələri” bu məsələdə yekdil deyil, yoxsa onlara “başqa Putin” təlimat verir?!
Bu tezislər və digər bir sıra məqamlar belə bir nəticə çıxarmağa əsas verir ki, təzyiq kampaniyasının məqsədi xalqımızın yüksək birliyini qorxutmaq və ya pozmaqdır, lakin eyni zamanda münasibətlərin daha stabil vəziyyətə qaytarılması üçün ehtiyat mövqelər də saxlanılır. Bu isə hələlik kölgədə qalan və ya “toqquşmadan kənar” olan strukturlar vasitəsilə baş verəcək.
Həmçinin Azərbaycanın taktiki xətti müəyyən olunub – bizə qarşı hər bir hücuma güzgü prinsipi ilə cavab veriləcək. Bu, Rusiya tərəfi dayanana qədər belə davam edəcək".
Aysel,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.