AZ

Not hərraclarının sayı və gəlirliliyi artıb

BAKI, 13 avqust. TELEQRAF

Bu ilin birinci yarımilində Mərkəzi Bank tərəfindən 66 müxtəlif müddətli not hərracı keçirilib.

Teleqraf Mərkəzi Bank-ın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, baş tutan hərraclardan 17-i 28 günlük, 16-ı 84 günlük, 17-i 168 günlük, 16-ı isə 252 günlük notlar üzrə olub.

Xatırladaq ki, ötən ilin birinci yarısında 59 not hərracı baş tutub..

Bu ilin iyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə ötən ilin iyun sonu ilə nisbətdə təxminən 2,9 dəfə artaraq 599.3 mln. manat təşkil edib.

Onu da bildirək ki, son hərraclarda formalaşan gəlirlilik də 2024-cü ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, gəlirlilik 28 günlük notlar üzrə 7.24%, 84 günlük notlar üzrə 7.54%, 168 günlük notlar üzrə 7.5%, 252 günlük notlar üzrə isə 7.56% olub.

Seçilən
35
4
teleqraf.com

5Mənbələr