UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək oyunların başlama saatı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununu 19 avqust Bakı vaxtı ilə saat 23:00-da səfərdə keçirəcək. Cavab matçı 27 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Xatırladaq ki, "Qarabağ" ÇL-nin III təsnifat mərhələsində "Şkendiya"nı hər iki oyunda məğlub edib: 5:1, 1:0.