AZ

Ermənistan Azərbaycanın təklifini QƏBUL ETDİ

Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi çərçivəsində Ermənistanın Sünik vilayətinə giriş və çıxış zamanı rəsmi Bakının nəzarətində Azərbaycan sərhəd-keçid məntəqələri qurulacaq və bütün əməliyyatları Azərbaycan gömrükçüləri həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə politoloq Stepan Danielyan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan gömrükçüləri məlumat toplayacaq və onu Ermənistana ötürəcək, Ermənistan isə “heç bir nəzarət həyata keçirməyəcək”.

«Ermənistan tərəfi bu ərazidən keçən azərbaycanlılara qarşı heç bir yoxlama aparmayacaq», – deyə Danielyan bildirib.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr