AZ

Azərbaycan klublarının qiymətləri və ən bahalı oyunçuları - SİYAHI

Artıq bu həftəsonu Azərbaycan Premyer Liqasında 2025-26 mövsümünə start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Transfermarkt” klublarımızın bu ana olan dəyərlərini açıqlayıb.

Son çempion “Qarabağ” oyunçularının transfer qiymətinə görə rəqiblərini xeyli qabaqlayır. Heyətində ciddi dəyişikliklər edən “Neftçi” ikinci pillədə qərarlaşır.

İlk “üçlüy”ün son sakini “Zirə”dir. “Sabah” isə dördüncü sıradadır. Yalnız adları sadalanan 4 klubun futbolçularının ümumi dəyəri 10 milyondan çoxdur.

Ən az dəyərə malik komanda “Qəbələ”dir. Yenidən Premyer Liqaya qayıdan “qırmızı-qaralar”ın oyunçuları hətta “İmişli” və “Karvan-Yevlax”dan da ucuzdur.

Misli Premyer Liqasının ən dəyərli futbolçuları “Qarabağ”da toplaşıb. Ümumiyyətlə, çempionatımızın ən dəyərli oyunçuları Kadi Borges və Leandro Andradedir.

Onların hər biri 2,5 milyon avroya bərabərdir. “Neftçi”nin yeni transferi Falaye Sakonun transfer qiyməti 1,5 milyondur.

Klubların ümumi dəyərləri:

1. “Qarabağ” – 24,95 milyon

2. “Neftçi” – 13,68 milyon

3. “Zirə” – 13 milyon

4. “Sabah” – 12,38 milyon

5. “Turan Tovuz” – 8,88 milyon

6. “Araz-Naxçıvan” – 8,63 milyon

7. “Sumqayıt” – 7,15 milyon

8-9. “Kəpəz” – 4,58 milyon

8-9. “Şamaxı” – 4,58 milyon

10. “Karvan-Yevlax” – 3,78 milyon

11. “İmişli” – 2,47 milyon

12. “Qəbələ” – 2,25 milyon

Klubların ən dəyərli oyunçuları:

“Qarabağ”: Kadi Borges, Leandro Andrade – 2,5 milyon

“Neftçi”: Falaye Sako – 1,5 milyon

“Sabah”: Yesse Sekidika, Pavol Şafranko – 1 milyon

“Turan Tovuz”: Rəhim Sadıxov – 1 milyon

“Zirə”: Qismət Alıyev, İron Qomis, Davit Volkov – 900 min

“Araz-Naxçıvan”: Felipe Santos – 900 min

“Sumqayıt”: Səbuhi Abdullazadə, Pedro Pinto – 900 min

“Şamaxı”: Rüfət Abbasov – 700 min

“Kəpəz”: Luis Paçu – 550 min

“İmişli”: Nikola Karaklayiç – 550 min

“Karvan-Yevlax”: Araz Abdullayev, Qavi Tomson – 500 min

“Qəbələ”: Adriel Ba Lua, Murad Musayev – 400 min

Seçilən
2
sportinfo.az

1Mənbələr