Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir,fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmurudövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesabolunmur.
Xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsaslarını AzərbaycanRespublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “İcra haqqında”Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasınındigər normativ hüquqi aktları təşkil edir.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.