AZ

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Aktual.az  fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 965 (Cild I) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci bənddə "3.3.1-ci və 3.3.2-ci yarımbəndləri” sözləri "3.3.2-ci yarımbəndi” sözləri ilə əvəz edilsin.

2. 5.3-cü bənddə "50” rəqəmləri "5” rəqəmi ilə əvəz edilsin.

Seçilən
1
3
ulusum.az

4Mənbələr