Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində ABŞ Ukraynanı “praqmatik olmağa” çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "Politico" adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası Kiyevdən "mövcud olan döyüş gücünü nəzərə alaraq nə edə biləcəyini real qiymətləndirməyi" xahiş edir. Eyni zamanda, Avropa ölkələri Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişində öz “qırmızı xətlərini” Trampa çatdırmaq istəyirlər.
Rusiya Federasiyası və ABŞ prezidentləri arasında danışıqlar avqustun 15-də Alyaskada baş tutacaq. Ağ Ev açıq şəkildə Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma üçün hər hansı qırmızı xətlər çəkməkdən imtina edib. Donald Tramp görüşdə Moskvanın mövqeyini daha yaxşı başa düşməyə ümid edir. Financial Times qəzetinin yazdığına görə, ABŞ administrasiyası rusiyalı ekspert çatışmazlığı yaşayır.
Samir