Azərbaycanda əhalinin böyük çoxluğunun İran Prezidenti Məsud Pezeşkiana dərin hörməti var. İranın Ali dini lideri Ayətullah Xameneyə isə münasibət son dərəcə pisdir. Niyə belədir? Çünki Məsud bəy İran prezidenti kimi həm Güney, həm də Quzey Azərbaycanın maraqlarını nəzərə alır. İmkanı daxilində öz xalqına dəstək verir. İnsanlar bunu görür və yüksək dəyərləndirirlər.
Dəfələrlə yazmışam, əslində İran bizə Türkiyədən də yaxın ölkədir. Ən azı ona görə ki, İranın heç olmasa yarısı türkdür. O da sirr deyil ki, az qala min il indi İran dediyimiz coğrafiyada tax-tacın sahibi də türklər olub. İran öncə sünni dövləti idi. İranı şiə dövlətinə çevirən də Şah İsmayılın qılıncıdır. İndi fars faşizmi Şah babamızın yaratdığı ideologiya ilə türkləri məhv etməyə çalışırlar.
İranın başqa seçimi yoxdur. Ya İran türk keçmişinə dönərək özünü dövlət kimi qoruyub saxlayacaq, ya da tikə-parça olub gedəcək.
Elbəyi Həsənli. Sürix
MİA.AZ