Valdayda Putinin iqamətgahı ətrafında 12 HHM qülləsi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Putinin Valdaydakı iqamətgahı ətrafında “Pantsir-S1” zenit-raket-artilleriya komplekslərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş 12 platforma aşkarlanıb.
Bundan başqa, yaxınlıqda ən azı bir S-400 zenit-raket kompleksi mövqeyi də müəyyən edilib.
Sosial şəbəkələrdə bu qurğular, İkinci Dünya müharibəsi dövründəki alman HHM qüllələrinin adından ilhamlanaraq, “Flaktürm” adlandırılıb.
Xuraman Etibarlı
İnterpress.az