AZ

Ən çox hansı ölkələrin tələbələri Azərbaycanda oxuyur? - STATİSTİKA

2023/2024-cü tədris ilində Azərbaycan dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində 1061 xarici tələbə təhsil alır. Onlardan 322-si qadındır.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

“MDB ölkələrindən gələn 25 tələbənin 9-u qadındır. Rusiya və Tacikistandan hər biri 9 tələbə, Türkmənistandan 5, Qazaxıstan və Ukraynadan isə hər biri 1 tələbə qeydiyyatdan keçib.

Digər ölkələrdən gələn 1036 tələbənin 313-ü qadındır. ABŞ-dən 3, Birləşmiş Krallıqdan 2, Banqladeşdən 5, Şri Lankadan 41, Çin Xalq Respublikasından 8, Gürcüstandan 19, Hindistandan 47, İraqdan 4, İrandan 29, Koreya Respublikasından 8, Latviya və Litvadandan hər biri 1-12, Misirdən 2 tələbə hazırlıq şöbələrində oxuyur.

Əlavə olaraq, Nigeriyadan 55, Filippindən 5, Pakistandan 197, Sudandan 1, Suriyadan 3, Türkiyədən 581, Yəməndən 4 və Malidən 1 tələbə qeydiyyatdan keçib. Beləliklə, Türkiyə, Pakistan və Hindistan Azərbaycan ali təhsil müəssisələrinin hazırlıq şöbələrinə ən çox tələbə göndərən ölkələr sırasındadır”.

Seçilən
3
azedu.az

1Mənbələr