“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Ferentsvaroş”un yarımmüdafiəçisi Habib Mayqa zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “Ludoqorets”lə oyunda meydanı vaxtından əvvəl tərk edib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.
Qeyd edək ki, “Qarabağ” Macarıstan təmsilçisi ilə ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını isə 27-də Bakıda keçirəcək.