Amsterdamın sözlərinə görə, Palata onun Böyük Britaniya və Kanadada vəkil statusuna malik olduğunu təsdiqləyən sənədlərin orijinallarını tələb edir. "Bu sənədlər yanımızda olmadığı üçün sabah məhkəmə iclasında iştirak edə bilməyəcəyik, amma məhkəmə binasına gedib müvəkkilimi dəstəkləyəcəyəm. Ermənistana səfərimiz zamanı işlə tanış olmaq üçün əlimizdən gələni edirik," - deyə o vurğulayıb.
O, Karapetyan işinin açıq-aşkar siyasi xarakter daşıdığını və aparılan məhkəmə prosesinin "nümayiş xarakterli" olduğunu qeyd edib. Hüquqşünas bildirib ki, istintaq baş prokuror tərəfindən, baş nazirin aparatına yaxın əlaqələri olan bir şəxs kimi, yanlış söz interpretasiyasına əsasən başlanıb.
"Baş prokurorun ittihamı qanuni məhkəmədə əsaslı hesab oluna bilməz. Bu qəbuledilməzdir. Siyasi işlə hüquqi işin əsas fərqi icra hakimiyyətinin prosesə qarışmasıdır. Bu işdə baş nazir müvəkkilimin sözlərini səhv anlayaraq, dövlətin bütün gücünü ona qarşı tətbiq edəcəyini açıq şəkildə bildirib. Bu, azad və demokratik cəmiyyət üçün misli görünməmiş haldır," - deyə Amsterdam vurğulayıb.
O, həmçinin baş prokurorun birbaşa iştirakını və çoxsaylı polis qüvvəsinin dinc xeyriyyəçini saxlamaya çalışmasını "qəbuledilməz" adlandırıb.