AZ

Avropa liderləri Tramp-Putin görüşünün nəticələrindən ehtiyat edirlər - “The New York Times”

Avropa liderləri ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün nəticələrindən ehtiyat edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Almaniya kansleri Fridrix Mertz və digər Aİ liderləri Amerikanın dəstəyinə ehtiyac olduğunu etiraf ediblər.

“Mertz və başqalarının çoxsaylı ictimai bəyanatları göstərir ki, Aİ liderləri Trampa Putinlə sülh sazişi bağlamaması üçün yalvaracaqlar”, – məqalədə deyilir.

Almaniyanın “Die Zeit” qəzetinin redaktoru Anna Sauerbrey qeyd edib ki, reallıq Avropa siyasətçilərini Trampın qarşısında “çox zəif vəziyyətdə” qoyur.

Seçilən
4
ikisahil.az

1Mənbələr