Prezident İlham Əliyev “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”na dəyişiklik edib.
E-saglam.az xəbər verir ki, bunula bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin 5 %-dən artıq olmamalıdır. İndiyə qədər bu göstərici 50 % idi.
E-saglam.az