Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin hibrid avtomobillərindən birində ölçmə aparıblar və müəyyən ediblər ki, salonda elektromaqnit şüalanmasının səviyyəsi mövcud normaları 8 dəfə üstələyir.
Milli.Az xəbər verir ki, bu barədə təhsil ocağının Mətbuat Xidməti məlumat verib.
Daxiliyanma mühərriki olan avtomobillərdən fərqli olaraq, hibridlərdə elektrik mühərriki, litium-ion batareyası və çeviricilər demək olar ki, daim gərgin elektromaqnit sahələr yaradır.
Ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb - məqbul 25-40 əvəzinə 200 V/m. Əyləc zamanı elektomaqnit səviyyəsi 50-100 V/m olub. Avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma diapazona qayıdıb.
Ekspertlərin fikrincə, bu cür elektromaqnit şüalara uzun müddət məruz qalma kumulyativ təsir göstərə bilər və nevroloji pozğunluqlara, depressiyaya, xərçəngə səbəb ola bilər.(Oxu.Az )
Milli.Az